Xidmətin Göstərilmə Qaydası

İstifadəçi tərəfindən bu ofertanın şərtlərinin qəbul edilməsi admc.az veb səhifəsində qeydiyyatı aparılan Rəqəmsal Marketinq seminarına rahat üsulla ödənişli müraciət etmək imkanı yaradır. İstifadəçi admc.az veb səhifəsində ödənişli qeydiyyatdan keçdikdən sonra veb səhifədə təqdim olunan Rəqəmsal marketinq seminarında iştirak üçün bilet əldə etmiş olur.

Geri ödəniş siyasəti

Admc.az veb səhifəsində qeydiyyatı aparılan tədbirin təşkilatçılığına görə “Azerbaijan Digital Marketing Community” Məhdud Məsuliyyətli Cəmiyyəti tam məsuliyyət daşıyır. İstifadəçi tərəfindən hər hansı pretenziya irəli sürürərsə, o cümlədən dəymiş ziyanla bağlı pretenziyalar, bü cür pretenziyalar birbaşa admc.az admin heyətinə (info@admc.az) yönəldilir. Tədbirin təşkilatçılığı ilə bağlı hər hansı problem yaranarsa ödəniş məbləği ödənişli əsasla qeydiyyat edən iştirakçılara geri qaytarılır.

Ödəniş qaydası

İstifadəçi Plastik kart vasitəsilə admc.az veb səhifəsində bilet alışı üçün ödəniş edə bilər.

Admc.az saytında tədbirə ödənişli qeydiyyat üçün “Bilet Alın” və ya “Qeydiyyat” düyməsinə klikləyərək keçid etdiyi qeydiyyat formunu doldurur, tədbirin qiyməti ilə tanış olaraq kart məlumatlarını daxil etməklə ödəniş edir. Bu halda sistem sizi birbaşa ödəniş pəncərəsinə yönləndirəcək. Burada müvafiq hissələrə plastik kartınızın üzərindəki nömrəni, istifadə müddətini və kartın arxa hissəsindəki CVC kodunu daxil etməyiniz tələb olunur. Ödəniş qaydalarını qəbul edirəm qutusunu seçib, “Ödə” düyməsinə basdıqda ödəniş avtomatik olaraq həyata keçiriləcək və qeydiyyatınız sistemə düşəcək.

İstifadəçi admc.az veb səhifəsində olan ödəniş formasında olan bölmələrlə bağlı dəqiq və aktual məlumatları əks etdirməlidir.

Ödənişin məxfiliyi siyasəti

Heç bir halda kartın və kart sahibinin məxfi məlumatları “Azerbaijan Digital Marketing Community” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən saxlanılmır.